Metal dam örtüklərinin quruluşu - tərkibi

Metal dam örtüklərinin quruluşu - tərkibi

Dam örtüyü materialları arasında 120meylli mail damların quraşdırılmasında metalkirəmit daha çox yayılmışdır.  O forma alınması üçün eninə ştamplanan (damğalanan), təbbi kərəmitə bənzəyən,  polimer örtüklü profillənmiş sinklənmiş polad lövhələrin növlərindən biridir. Metalkirəmit poladı diyircəkli yayma və ardınca soyuq ştamplama yolu ilə alınır.  Onun əsasını 0,4-0,6mm qalınlıqlı müxtəlif rəngli çoxlaylı polimerlə örtülmüş polad lövhə təşkil edir. Polad lövhələri  sink   və ya sink və aluminium xəlitə ilə örtürlər və bundan sonra onlar passivasiya edilir, astarlanır və metalı korroziyadan qoruyan və rəng dayanıqlılığını təmin edən qoruyucu polimer təbəqə ilə örtülür.

Polad lövhə örtüyünün strukturu

  1. Poliestr, plastizol, pural və başqa polimer örtüklər
  2. qrunovka
  3. korroziyaya qarşı örtük
  4. sink örtük

5.Polad lövhə

  1. qoruyucu lak

Metalkirəmitin təqdim olunan çeşidləri profilin (dalöanın eni və uzunu)  forma və həndəsəsinə, rənginə və polimer örtüyün növünə  gorə fərqlənirlər. Profilin həndəsəsi onun istehsalı üçün tətbiq olunan qurğu ilə təyin olunur. Hər profilə müxtəlif istehsalılar müəyyən adlar verirlər. Ən çox yayılmış profili Monterrey adlandırırlar.

Sinklənmiş polad lövhəni xarici təsirlərdən  qorumaq üçün lövhənin xaricinə çəkilən müxtəlif polimer örtüklər istifadə olunur.  Estetik xüsusiyyətlərindən başqa onlar korroziyaya qarşı çox davamlıdırlar və metalı korroziyadan qoruyurlar.

Polimer örtüklərin növləri

Poliestr

25mikron qalınlıqlı cilalı səthə malik  nisbətən bahalı olmayan örtüklərdir. Onun əsasını dayanıqlı poliefir boya təşkil edir. Bu örtük çox yaxşı elastikliyə malikdir və yaxşı forma əmələ gətirə bilir. Onun çatışmamazlığı mexaniki təsirlərə və zərbələrə qarşı davamsız olmasıdır.

Tutqun poliestr

Tutqun səthli 35mkm qalınlıqlı poliefir örtükdür. O yüksək mexaniki və rəng davamlılığına malikdir, istənilən iqlimdə uzun illər öz xassəsini qoruyur .

Plastizol

Basmanaxışlı səthə malik 200 mkm qalınlıqlı enli (qalın) örtükdür. Əsası -PVX (polivinilxlorid). Mexaniki zərbələrə ən davamlı örtüklərdən biridir. 
Əgər plastizol örtüklü metalkirəmit isti rayonlarda istifadə olunacaqsa, onda acıq rəngli materiallar (örtüklər) seçmək lazımdır, çünki onlar günəş şüasını yaxşı əks etdirir,  az qızır və az yanır. Belə örtüyün çatışmamazlığı- ultrabənövşəyi şüalara qarşı dayanıqsız olmasıdır.

Pural

Əsası poliuretan olan 50 mkm qalınlıqlı örtükdür. O temperatur dəyişkənliyinə davamlıdır, korroziyaya və rəng davamlılığı vardır. Pural poliestrdən az cızılır, lakin plastizolla müqayisədə plastik deformasiyaya daha dayanıqlıdır, buna görə də belə örtüklü lövhələri ehtiyatla əymək lazımdır. Müxtəlif istehsalılarda bu örtüyün adı müxtəlif ola bilər, məsələn, Prelak-Nova, Armatek və digər analoqları vardır.

PVDF

80% polivinilftoritdən və 20 % akrildən ibarət 27mikron qalınlıqlı örtükdür,cilalı səthi var, metal rəngində ola bilir, mexaniki zərbələrə və ultrabənövşəyi şüalara qarşı  dayanıqlıdır. Uzunömürlü örtük hətta aqressiv mühit səraitində də istifadə oluna bilir.

Örtüklərin xarakteristikasının müqayisəsi

 

Paylaş :