Dam örtüyü  alarkən nələrə diqqət edilməlidir?

Dam örtüyü alarkən nələrə diqqət edilməlidir?

Dam örtüyü materialları

Bu və ya digər dam örtüyü materiallarının seçilməsi bir çox faktorlardan aslıdır:  binanın növü, daşıyıcı dam elementlərinin konstruktiv xüsusiyyətləri,sifarişçinin zövqü, mövcud rayonun iqlim xüsusiyyətləri və ənənəsi,  sifariıçinin maliyyə imkanları və s.

Maili(skatni) damlar üçün dam örtüyü materialları

Təbii kirəmit- Dam Ortukleri

Bu geniş istifadə olunan, iki şaquli qovşaqlı (sementli-qumlu kirəmit) və ya iki üfiqi qovşaqlı (gilli kirəmit) və buna görə də çatın əmələ gəlmə ehtimalı sıfır olan,  kiçikölçülü ,  temperaturun  xətti genişlənməsinin əmsalı  kiçik olan dam örtüyü materialıdır. Beləliklə, kirəmitin bir ucunu şəbəkəyə  bərkidirlər,  dam örtüyü ayrı-ayrı hissələrinin sərbəst yerdəyişməsi qabiliyyətinə malikdir.  Bu dam örtüyünün  küləyin təzyiqindən, qurğunun çökməsindən yaranan deformasiyaları qəbul etməyə imkan verir.

Kirəmit dam örtüyünün üstünlükləri:

Odadavamlılıq

Uzunmüddətli xidmət

Bədii gözəllik(dekorativlik)

Kirəmit dama qulluq etmək asandır, çünki onu rəngləmək və təmir etmək lazım deyil. Zərurət olduqda asanlıqla bərpa olunur.

Keramik kirəmit. Gil kütləsindən qəlibləmə qurutma və yandırılma yolu ilə alınır.

Əsas xammal – yerli , ikincidərəcəli lentvari , tərkibində çoxlu sayda dəmir oksidi olan gildir. Yandırılma nəticəsində  10000S temperaturda təbiib keramik kirəmit qırmızı-qəhvəyi rəng alır.  Yandırılma zamanı ön səthinə şirəli  təbəqənin çəkilməsi halında kirəmit parlaq rəngli qoruyucu təbəqəyə malik olur.

Keramik kirəmit : hamar lentşəkilli, yarıqlı (pazovaya) lentşəkilli, yarıqlı möhürlənmiş, təkdalğalı, ikidalğalı, novşəkilli və s.  Bu etibarlı, uzunömürlü, odadavamlı, səsuducu, möhkəm, ekalojitəmiz, korroziyaya məruz qalmayan örtüklərdir. Damı saxlamağa sərf olunan vəsait minimaldır.  Bəzən yaxşı quraşdırılmış kirəmit  evin özü qədər sizə xidmət edə bilər. Buna görə də kirəmit dam örtüyü faydalı investesiya qoyuluşudur.  İllər keçdikcə belə dam örtüyünün rəngi daha dolğun olur və kirəmit daha gözəl olur.

Yumşaq kirəmit (bitum, elastiki kirəmit)

Yumşaq kirəmiti  çox vaxt elastiki kirəmit , bitum kirəmit, dam örtüyü lövhələri, qont və şinqls adlandırirlar. O 1х0,33 м ölçülərində , bir tərəfi fiqurlu kəsiklər olan böyükolmayan hamar lövhələrdir.

Yumşaq kirəmitin əsasını  bitumla hopdurulmuş şüşəkiş (стеклохолст) və yaxud üzvi çelluoza(bəzən keçə adlandırırlar) təşkil edir.  Özül (əsas)kirəmitin deformasiyalara dayanıqlılı, möhkəmliyini və plastikliyini təmin edən  müxtəlif polimer əlavəli oksidləşmiş iki bitum təbəqəsini birləşdirən armatur rolunu oynayır. Elastiki kirəmitin üst hissəsimateriala müxtəlif rəng çalarları verən və iqlimin təsirlərindən və ultrabənövşəyi şüalanmadan  qoruyan bazalt hissəciklərlə və ya mineral zərrələrlə örtülmüşdür. Kirəmitin tərs üzünə ya polietilen təbəqə ilə qorunan xüsusi bitumlu  kley qatı,  ya dasaxlama və daşınma zamanı  lövhələrin bir-birinə yapışmaması üçün  qum(ənənəvi kirəmit) çəkilir.  Elastiki kirəmitin özülünü bütünlüklə şəbəkə təşkil edir (nəmişliyədözümlü faner, OSB və ya şpuntlanmış  kəsilmiş taxta). O təbii kirəmitdə dörd dəfə yüngüldür(1m2 örtüyə 8-12 kq ). Enişi 1:3 nisbətindən az olmayan damalrda istifadə olunur.

Metal lövhəli dam örtüyü materialları

Hamar  metal lövhəli materiallardan olan dam örtüklərini 120 –dən az olmayan meylliliklə quraşdırırlar. Lövhələri öz aralarında bir-birinə bükümlər vasitəsilə birləşdirirlər. Bükümləri həm  əllə, həm də xüsusi alətlərlə  düzəldirlər. Belə löhvələr üçün lazım olan materiallar :  polimer örtüklü və polimersiz sinklənmiş polad, alüminium lovhə, sink və mis.

Dam örtüyü işləri  üçün sink az miqdarda (0.1-0.2%) titan və mis qarışdırılmış xəlitə şəklində istifadə olunur.Bu əlavələr sinkə soyuq halda plastiklik verir. İnşaat  materialları bazarında  sink dam örtüyünü çox vaxt “titanosink “ adlandırırlar.

Dam örtüyü materialı olaraq mis uzun zamandır ki istifadə olunur.Bu metal  çox yüksək  memari ifadəyə malikdir və nadir hallarda istifadə olunur (1m2mis lövhənin qiyməti sinklənmiş poladın qiymətindən bir neçə dəfə bahadır). Misdən hazırlanan dam örtüyünün uzunömürlülüyü 100 ildən çoxdur.  Mis dam örtüyü birinci həftələr parlaq”mis” rəngində olur, sonra qaralır, qara-qəhvəyi rəng alır, vaxt keçdikcə mis paxırla örtülərək spesifik  mavi-boz çalar alır.

Metal kompozitli  kirəmit 

Metal kompozitli kirəmit,  (adi metal kirəmitlə  qarışdırmamalı) səthinə  akril ilə yapışdırılmış mineral dənələr  olan   1 х 0,5 м ölçülərində aluminium xəlitə ilə əlavə qorunan profillənmiş polad lövhələrdir.

Kompozitli kirəmit küysüzdür, odadavamlıdır, az çəkilidir, gözəl  xarici  görünüşü var, çoxlu sayda güllər və formaları var. Belə kirəmit xarici görünüşünə görə təbii kirəmitə çox bənzəyir.

Dalğavari  bitumlu dam örtüklü lövhələr

Bunlar bitum hopdurulmuş və selluoza liflərindən formalandırılmış elastiki dalğavari lğvhələrdir. Lövhənin ön tərəfi  termoreaktiv (vinil-akril)  polimer  və işığa davamlı piqment əsaslı qoruyucu-dekorativ boya qatı  ilə örtülmüşdür. Bitum hopdurulmuş karton əsaslı və ön səthi dekorotiv bəzədilmiş  büzməli lövhələri bir çox firmalar istehsal edir. Bu sahədə birincilik, 50 ildən artıq  Onduline adı altında material istehsal edən   fransız firmasına məxsusdur. Xaricdən azbessement lövhələri (şiferləri) xatırladan Ondulin nəzərəçarpacaq dərəcədə onlardan yüngüldür və kövrəkliydən məhrumdur.Ondulin lövhələrin ölçüsü  2000х940 мм; qalınlığı (2,7 ± 0,2) мм-dir. Ondulin dam örtüyü ən yüngül örtüklərdən biridir- 1 м2-ə  4 kq.

İşıqötürücü dam örtüyü lövhələri

Bu materialları ekstruziya (sıxma) metodu ilə polivinilxloriddən və ya polikarbonatdan hazırlayırlar. Belə örtüklərin 15ildən az xidmətinə baxmayaraq, onlar dizayner işlərinin yeni imkanları ilə cəlb olunurlar.

Dalğavari qeyri-metal dam örtüyü lövhələri

Azbestosement dalğavari dam örtüyü lövhələri ( şifer) .  Asbest lifləri ilə möhkəmlənidirilmiş  qum kompozisiyalı materialı asbestosement adlandırırlar. Asbestosementi qısalifli asbest (15%) və portlandsemnet (85%) qarışığından hazırlayırlar.

Yerli zavodlar vahid formalı, orta, sadə və gücləndirilmiş profilli dalğavari asbestosement lövhələri buraxırlar. Onlar bir qayda olaraq, dalğanın hündürlüyü 28-32-40-45-50 мм olan altıdalğalı profilə malikdirlər.

Hamar damlar üçün dam örtüyü materialları

Yumşaq bitumlu rulon dam örtüyü materialları

Bitum və digər üzvi yapışdırıcılar əsasında olan dam örtüyü materialları rulon və lövhə şəklində olurlar. Öz növbəsində rulonlar əsaslı və əsassızlara bölünürlər. perqamin, ruberoid, rubemasta -bitum yapışqanlı ənənəvi dam örtüyü materiallarında çatları yaranması ilə nəticələnən  dağılma prosesi-  əsasən bitumu təşkil edənlərin oksidləşməsi ilə bağlıdır. Yağ böyük atom çəkisinə malik yüksəkmolekullu birləşməli qətrana çevrilir. Daxilində APP(ataktik polipropilen) , İPP(izotaktik polipropilen) , SBS( stirol-butadien-stirol) kimi  plastomer və elastomer (70% bitum +30% polimer) olanmodifikasiya olunmuş bitumda köhnəlmə prosesi ləngidilmişdir. Nəticədə, ənənəvi istifadə olunan neftbitum(ruberoid, perqamin) əsaslı dam örtüyü materialları ilə müqayisədə modifikasiya olunmuş bitum əsaslı müasir materiallar bir neçə dəfə çox xidmət göstərə bilərlər.

Rulon dam örtüyü materialların da əsası dəyişib(RKM). Kağız kartonu şüşə kiş, şüşə parça və ya poliestr əvəz edir. Belə materiallar ənənəvidən daha böyük kütləyə malikdirlər.

Yüksəkkeyfiyyətli tərkibin istifadəsi, örtüyün vahid sahəsində onların sayını bir neçə dəfə artırmaq , təbii olaraq onların dəyərini də artırır. Lakin müasir materiallar əhəmiyyətli dərəcədə uzun müddət  xidmət edir. Bundan başqa, ənənəvi materialların bir neçə qatı əvəzinə bir qayda olaraq, bir qat qoyulur. Nəticədə, yumşaq dam örtüyü materiallarının alınmasına sərf olunan əmək israfı uzunmüddət  təmirsiz istismarla əvəzlənir. Əgər materialın səthi ovuntu ilə (qum, mədən mənşəli xırdalanmış kəpəklər, həmçinin, slüda vermikulit və s.) örtülmüşsə, belə materiala qoruyucu(örtük) deyilir.Örtüksüzlərdə  isə yalnız talk ovuntusu  (perqamin, hidroizol və başqaları) var və döşənənlər(buxarizolyasiyalı) adlanırlar. Saxlandıqda laylar yapışmasın deyə onları polietilen plyonkalara bükürlər.

Bitum əsaslı müasir dam örtüyü materiallarını lehimləyicilər adlandırırlar.Onlar dam örtüyünün quraşdırılması zamanı ənənəvi soyuq və ya isti mastika istifadə etmədən, alovla qorelkanı(odluğu) qızdıraraq yapışdırılan səthə ardıcıl sıxılmaqla yapışdırılır. Belə fənd vaxta qənaət edir, bitumçişirmə aqreqatların zəruriliyi ləğv olunur, istehsal işləri zamanı texniki təhlükəsizlik artır.

İstilikizolyasiyalı dam örtüyü sistemi

Yeni quraşdırma işlərinin aparılmasında və ya köhnə dam örtüyünün təmirində , hirdoizolyasiya işlərinin aparılmasında ortaya çıxan problem – material seçimi problemidir. Bir müddət əvvəl tez-tez bu seçim  variantların ən əlverişlisi və ucuzu olan ruberoid olurdu. Bundan əlavə, bitumun hazırlanma texnologiyası  ultrabənövşəyi şüalanmanın və ozonun təsirilə köhnəlmənin surətlənməsinə , həm də materialın səthinin sürətli kokslaşmasına və çatlamasına səbəb olur. Əmələ gələn çatdan su daha dərinə sızır. 3-5 ildən sonra qoruyucu örtük əvəzinə bitum və sellülozadan ibarət su hopmuş qarışıq əmələ gəlir.

Bu günruberoidi əvəz edən  rulonlu lehimləyici dam örtüklərinin və hidroizolyasiyalı materialların  geniş seçimi təklif olunur. Beləki, rulonlu lehimləyici dam örtüyü və hidroizolyasiyalı materialların istehsalı zamanı möhkəm təmələ hər iki tərəfdən bitum və ya polimer-bitum qarışığı çəkilir. Təyinatından aslı olaraq, materialın üst səthinə slüda qum və ya slaneç(şist) mineralının xırda ovuntularından ibərət qoruyucu təbəqə çəkilə bilər. Hazır materialın olduqca böyük qalınlığı (3mm-dən başlayaraq) ruberoidlə müqayisədə dam örtüyünün laylanmasını əhəmiyyətli dərəcədə azaldır. Belə ki, material sadə propan qorelkanın (odluğun) köməyilə materialın alt səthinin əridilməsi yolu ilə yapışdırılır. Daha doğrusu qızdırma üçün heç bir xüsusi qurğu və ruberoidin istifadəsi zamanı isti yapışdırıcı mastikanın verilməsi lazım deyil.  Bunun nəticəsi olaraq, işlərin təhlükəsizliyi artır. Bütün bunlar sukeçirməz örtüyün montajına sərf olan xərcləri və tətbiq texnologiyasını asanlaşdırır.

Müasir lehimləyici materialların özülü qismində şüşə kiş, şüşə parça, və ya poliefir kətan(poliestr) istifadə edilir. Şüşə kiş -ən ucuz variantdır. O kartonla müqayisədə möhkəmdir, lakin təmamilə çürümür. Şüşə parça 3-5 dəfə karton və şüşə kişdən möhkəmdir. Yüksəkdayanıqlı çürüməyən özül ruberoidlə müqayisədə materialın xidmət müddətini əhəmiyyətli dərəcədə artırır, həmçinin istismar zamanı dam örtüyü və hidroizolyasiya örtüyünün zədələnmə riskini azaldır. Poliestr şüşə parça kimi möhkəmdir və çürümür, üstəlik bitumla daha yaxşı bitişir ki bu da materialın xassəsini yaxşılaşdırır.

Istehsal zamanı özülə çəkilən müxtəlif bitum qarışıqların istifadəsi bu materialları iki sinfə şölüür: oksidlənmiş bitum əsaslə materiallar və polimer-bitum materiallar. Onlar ruberoiddən daha yaxshıdırlar. Lakin tətbiqin sadəliyini, ən yaxşı istismar xarakteristikasını və uzunömürlülüyü, bərpaedici təmirlərin olmamasını nəzərə alsaq, hazır dam örtüyü daha ucuz başa gələr.Avropa ölkələrinin statistikası ( italiyadan Fillandiyaya kimi) inandırıcı sübut edir ki,orada  polimer-bitum materiallar 90% hallarda tətbiq olunur.

Hidroizolyasiyalı dam örtüyü materiallarını aşağıdakı qruplara qyırmaq olar:

1.Universal yüksəktexnologiyalı birqatlı polimer membran – ERDM( etilen-propilen-dien sopolomer) və PVX- dam örtüklərinin texnologiyasının real inkişaf perspektivləri.Membran bir çox ənənəvi bitummateriallardan  bahadır, lakin bir qat yığıla bilir və onun montajı çox az güc və vaxt tələb edir, keyfiyyət və uzunömürlülük heç bir ənənəvi materiallara müqasiyəyə belə gəlmir.

1.Keyfiyyətli dam örtüyü membranı dam örtüyünün bütün detallarınin hidroizolyasiyasına nəzər yetirən tam texnoloji komplektdir:  bütün adi dam örtüyü(bucaqlar, borular və s. ) detalları üçün modelli elementlər, standart olmayan ucluqlar üçün öz-özünə yapışan lentlər və digər tamamlayıcılar  işlərin aparılmasını yüngülləşdirir və onların etibarlılığını artırır. Membranın və tamamlayıcıların  üstün texnoloji xarakteristikası  bütün il boyu dəyişməyən yüksək keyfiyyətli örtüyün texnologiyasını dəyişmədən işləri icra etməyə imkan verir.

  1. Lehimləyici materialla və bitum sistemi – dam örtüyünün klassik növüdür.. Bir tərəfdən,  lehimləyici materialların düzülməsi zəhmətli işdir, xüsusilə qovuşuq yerlərinin, boruların və xüsusilə  qeyri- standart örtük elementlərinin emalı. Digər tərəfdən, materialın özünün xassəsi elədir ki, hətta vicdanlı işdə belə bir-iki illik istismar zamanı şaxta və ultrabənövşəyi şüaların təsirindən  örtükdə yarıq  əmələ gəlməsi üçün  xeyli zədələr yığılacaq.Bu səbəbdən bir çox lehimləyici materialları iki və hətta 5-5 qat yığmağı məsləhət görürlər ki , bu da sərf olunan zəhməti və material sərfini  və eləcə də hazır örtüyün qiymətini də artırır. Beləliklə, podratçı üçün lehimləyici dam örtüyü bu gün üçün təmamilə real  ekonomik  taxçadır:  hətta Avropada bitum əsaslı örtük sistemləri hamar dam örtüyü bazarının 71% təşkil edir. Amerikada bu 64%-dir.
  2. Tökmə dam örtüklərini (onları dam örtüyü mastikası da adlandırırlar)  quraşdırmaq üçün  ixtisaslı işçi qüvvəsi lazım deyil, çünki örtük adi rəng kimi çəkilir. Vakum səpilmə ilə örtüyün çəkilməsinə sərf olunan iş müddəti və əmək sərfi örtüyün hər kvadratına çox az düşür. Mastik dam örtüyü uzunmüddətli deyil-iki ilə yaxın, ən keyfiyyətli poliuretan mastika- 5-10 il xidmət göstərə bilir.

Həm də belə örtüyün xidmət müddəti materialın yalnız kimyəvi xassələri ilə məhdudlanır, belə ki, Texnoloji tələblərin son dərəcə sadə olması demək olar ki,  örtüyün keyfiyyətinə “insan faktorunun”  təsirini təmamilə yox edir. Ən yaxşı mastiklər , bundan başqa, müxtəlif rəng tərkibli iki qatın çəkilməsi sayəsində  örtüyün keyfiyyətini kontrol etməyə imkan verir.  Müasir tökmə dam örtükləri, xüsusilə daha uzunömürlü birkomponentli poliuretanlı örtüklər tikinti büdcəsinin əla həllidir.

Paylaş :