10 ildir ki, xidmətinizdəyik

10 ildir ki, xidmətinizdəyik

Yerli şirkət olaraq Bakupan Azərbaycan iqtisadiyyatının dəstəklənməsinə, düzgün biznes infrastrukturunun formalaşdırılmasına daima töhfələrini verir. On ildən artıq uğurlu fəaliyyət yolu sayəsində qazandığı etibarın nəticəsidir ki, şirkət həm də öz sahəsinin eksperti kimi tanınır. Peşəkarlar tərəfindən idarə olunan şirkətin bütün işçi qüvvəsi də mütəxəssislərdən ibarətdir. Qabaqcıl texnologiyaların tətbiqi sayəsində yüksək istehsal qüvvəsinin və sendviç panellərin əsas xammalı olan metal bazasına sahib olması müxtəlif çeşidli sendviç panellərin istehsalı, tez bir zamanda və daha uyğun qiymətlərlə təklif edilməsi üçün imkan yaradır. Zavodda avtomatlaşdırılmış metal konstruksiyaları üzərinə tam hazır vəziyyətdə quraşdırılmağa uyğun olan divar və dam sendviç panelləri istehsal edilir. İstelsal qüvvəsi ildə 2 milyon kv.m olan və yüksək keyfiyyətli məhsul istehsal etmə gücünə malik olan zavod tikinti bazarında sendviç panellərə olan tələbatı tam şəkildə ödəməyə qadirdir. Bakupan şirkəti olaraq, ağıllı tikinti anlayışını tam şəkildə dərk edir və təqdim etdiyimiz məhsulları bu prinsip əsasında hazırlayırıq. Ağıllı tikinti – düzgün atılan ilk addımla keyfiyyət, müddət və qənaət mövzularında üstünlük əldə etməklə həyata keçirilir. İstehsalını həyata keçirdiyimiz hazır divar və dam sendviç panellərinin xüsusiyyətləri də məhz bu amala xidmət edir. Belə ki, məhsulların isti və soyuğu saxlama qabiliyyəti, tikilinin sürətli inşası üçün ideal olması, mobil konstruksiyaların sökülüb yenidən yığılmağa uyğun olması, keyfiyyəti və bu kimi digər üstün xüsusiyyətləri yuxarıda qeyd etdiyimiz məqamların sübutu rolunda çıxış edir.  Qeyd edək ki, sendviç panellərlə yanaşı İtalya, Finlandiya, İsveç, Yeni Zellandiya, Ukrayna, Koreya, Türkiyə istehsalı dam örtüklərinin və aksesuarlarının da birbaşa satışını təşkil edir, məhsullarımızın keyfiyyətinə tam zəmanət verir və sizi gələcəyə doğru daha sürətli hərəkətə keçiririk. İndi sürətli həllər və ağıllı tikililər dövrüdür.

Paylaş :